Türkiyə ordusu daha 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib

12 Avqust 2021 17:54

Türkiyə ordusu tərəfindən 4 PKK/YPG terrorçusu məhv edilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, İraqın şimalındakı Pençe Şimşek bölgəsində 2, "Fırat Kalkanı" və "Barış Pınarı" əməliyyatlarının keçirildiyi ərazilərdə isə 2 terrorçu olmaqla, hücum etməyə cəhd göstərən 4 terrorçu zərərsizləşdirilib.

Milli.Az