Rusiya səfiri İran XİN-ə çağrılıb

12 Avqust 2021 15:42

Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rusiyanın Tehrandakı səfirliyinin binası fonunda səfir Caqaryanın Britaniya səfiri Saymon Şerklifflə birgə fotosuna İran ictimaiyyətinin reaksiyası ilə əlaqədar İranın Rusiyadakı səfiri Levan Caqaryan İran Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, həmin foto Rusiyanın İrandakı səfirliyinin "Twitter" hesabında paylaşılıb.

Milli.Az