Rusiyada son sutkada 21 932 nəfər koronavirusa yoluxub, 808 nəfər ölüb

12 Avqust 2021 14:44

Rusiyada son sutka ərzində daha 21 932 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 6 534 791 nəfərə çatıb.

Son sutka ərzində 808 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 168 049 nəfərə çatıb.

Milli.Az