İrandan gətirilən qadağan edilmiş dərman vasitələri müsadirə olunub

13 Avqust 2021 04:07

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.

Aşkar edilən dərman vasitələrindən "Alprazolam 1 mg" və "Phenobarbital 100" adlı dərmanlar "Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı" na daxildir.

Milli.Az