Baş Prokurorluq: "Bu il Azərbaycan 33 qadın qəsdən öldürülüb" - VİDEO

12 Avqust 2021 13:44

Qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

Baş Prokurorluqdan Milli.Az-a bildirilib ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib:

"Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır!

Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!"

Milli.Az