Lənkəranda 2 yaşlı uşaq eyvandan yıxılıb

12 Avqust 2021 11:14

Lənkəran rayonunda azyaşlı eyvandan yıxılaraq xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Gəgiran kəndində 2019-cu il təvəllüdlü Gündüz Rasim oğlu Hadıyev eyvandan həyətə yıxılıb. Kəllə-beyin travması alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.

Milli.Az