"Çukur"un aktyoru məşhur serialda

12 Avqust 2021 11:34

Baş rolunu Burcu Biricikin canlandırdığı "Camdakı kız" serialına yeni aktyor daxil olacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin yeni mövsümündə Cihangir Ceyhan rol alacaq.

Aktyor "Hayri" obrazına həyat verəcək.

Qeyd edək ki, C.Ceyhan daha əvvəl "Çukur", "Alev alev" seriallarında rol alıb.

Milli.Az