Xaçmazda dəhşətli qəza: Piyada öldü

12 Avqust 2021 09:14

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Yalama kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1968-ci il təvəllüdlü Cavid Atakişi oğlu Atakişiyevi maşın vurub.

O, hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az