Azərbaycanda qeyri-adi camış balası doğulub - YENİLƏNİB - VİDEO

14 Fevral 2012 21:30
19:53

Milli.Az xəbər verir ki, Şəki şəhərinin Kiçik Dəhnə kəndində anomal hadisə baş verib. Belə ki, kənddə bir camışın dünyaya gətirdiyi balanın arxa ayaqları yoxdur.

Kənd sakini Şakir Seyidova məxsus bir camışın doğduğu bu qeyri-adi camış balası təqribən bir həftə əvvəl doğulub. Kənd sahə baytarının bildirdiyinə görə, xötəyin arxa ətrafları olmasa da, o sağlam şəkildə qidalanır. Onu doğan camışın da sağlamlıq durumu normaldır. Ev sahibi, eləcə də baytar həkim indiyə qədər belə bir vəziyyətlə qarşılaşmadıqlarını bildiriblər. İkiayaqlı xötək hərəkət etməkdə çətinlik çəkir. Bu isə mal sahibinin işini çətinləşdirir.

Camış balasının nə qədər yaşayıb-yaşamayacağı, ona göstərilən qulluqdan asılıdır.

Milli.Az

----------
21:30

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.