Gəncədə güclü külək səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb

11 Avqust 2021 21:59

Güclü gülək Gəncədə fəsadlar törədib.

Milli.Az APA-ya istinadən bildirir ki, güclü külək səbəbindən şəhərin bir neçə küçəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin külək bir neçə irigövdəli ağacı aşırıb. Hazırda Gəncə şəhərində küləkli hava şəraiti hökm sürür.

Milli.Az