SOCAR-ın strukturu təkmilləşdirildi

11 Avqust 2021 18:07

Prezident İlham Əliyev "Dövlət Neft Şirkətinin (SOCAR) strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, SOCAR-ın İdarə Heyəti Şirkətin prezidentindən, I vitse-prezidentindən və 12 vitse-prezidentindən ibarətdir.

Milli.Az