Dövlət Neft Şirkətinə iki vitse-prezident təyin edildi - SƏRƏNCAM

11 Avqust 2021 17:45

Prezident İlham Əliyev K.T.Nəcəfovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Milli.Az