Toy dəvətnamələrinin üzərində peyvənd barədə xatırlatma olmalıdır

11 Avqust 2021 16:57

Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər açıqlanıb.

Milli.Az bildirir ki, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin qərarı ilə şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasina dair metodiki göstərişlər hazırlanıb.

Yeni tələblərə əsasən dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatman qeyd edilməli və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələri göndərilməlidir.

Milli.Az