Evlənməyə hazırlaşırdılar, ayrıldılar

12 Avqust 2021 03:30

Türk aktyor Tuan Tunalı 2018-ci ildə aktrisa Hazal Filiz Küçükköse ilə boşanaraq Yana Mazanova ilə eşq yaşamağa başlayıb.

Milli.Az SİA-ya istinadən xəbər verir ki, ötən il Tatarıstanda evlənmə təklifi etdiyi sevgilisi, qohumları ilə yayın əvvəlindən tətildədir.

Yaxınları sentyabrda cütlüyün nikah masasına oturmasını gözləyirdi. Ancaq cütlüyün yolları əvvəlki gün təəccüblü şəkildə ayrılıb. Onlar davasız, səs-küy salmadan ayrılıblar. Yana Mazonava hətta Mədəni bir şəkildə "həmişə səninləyəm, 3 il çox gözəl keçdi" deyərək Tuan Tunalıya təşəkkür edib.

Milli.Az