Türkiyənin Datça rayonunda 4,2 bal gücündə zəlzələ olub

11 Avqust 2021 15:18

Türkiyənin Muğla vilayətində Egey dənizinin Datça sahilində 4,2 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 13:24-də qeydə alındığını bildirib.

Qeyd edək ki, Datçada keçən ayın sonlarından başlayaraq seysmoaktivlik artıb. Avqustun 1-də Datçada 5,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az