Xətai rayonunda ağaclıq ərazi yanır

11 Avqust 2021 13:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Milli.Az