Bu ölkədə 8,5 mindən çox şəxsə saxta vaksin vurulub

11 Avqust 2021 21:20

Almaniyada vaksinasiya zamanı 8 557 nəfərə koronavirusa qarşı peyvənd əvəzinə adi fiziki məhlul vurulub.

Milli.Az xəbər verir ki, bu barədə Aşağı Saksoniya vilayətinin Frislandiya dairəsinin rəsmi saytında yazılıb.

Hadisə martın 5-dən aprelin 20-dək olan müddət ərzində baş verib.

Qeyd edək ki, o zaman cəmi 6 nəfərə saxta "Pfizer" peyvəndinin vurulduğu bildirilmişdi. Aparılan araşdırma insidentin əsl miqyasını ortaya çıxarıb. İstintaqın davam etdiyi vurğulanıb. /medicina.az

Milli.Az