İkinci dəfə ana olacaq - FOTO

11 Avqust 2021 14:00

Aktrisa Kristina Riççi ikinci dəfə ana olacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ultrasəs müayinəsindən olan foto paylaşaraq ana olacağını açıqlayıb.

"Həyat yaxşılaşmağa davam edir" qısa şərhi ilə Kristina sevincini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, aktrisanı Ceyms Hirdeclə olan evliliyindən 7 yaşlı bir oğlu var. Boşanmaq üçün məhkəməyə müraciət edən Kristina həyat yoldaşının ona və övladına şiddət tətbiq etdiyinə görə, uzaqlaşdırma qərarı çıxartmışdı.

Milli.Az