Almaniyada səkkiz mindən çox şəxsə saxta COVID vaksini vurulub

11 Avqust 2021 13:42

Almaniyada vaksinasiya zamanı 8 557 nəfərə koronavirusa qarşı peyvənd əvəzinə adi fiziki məhlul vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aşağı Saksoniya vilayətinin Frislandiya dairəsinin rəsmi saytında məlumat verilib.

Hadisə martın 5-dən aprelin 20-dək olan müddət ərzində baş verib.

Qeyd edək ki, o zaman cəmi 6 nəfərə saxta "Pfizer" peyvəndinin vurulduğu bildirilmişdi. Aparılan araşdırma insidentin əsl miqyasını ortaya çıxarıb. İstintaqın davam etdiyi vurğulanıb.

Milli.Az