ABŞ Prezidenti Co Bayden Kabilin Taliban tərəfindən ələ keçiriləcəyini düşünmür. Əfqanıstan hökumətinin Taliban hərəkatına qarşı mübarizə aparmaq üçün kifayət qədər silahlı qüvvəsi var və bu, Kabilə danışıqlarda üstünlük qazanmağa imkan verəcək.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Ev rəsmisi Cen Psaki deyib.
"Əfqanıstanın müqavimətini gücləndirəcək silahlara və hazırlığa sahib olduğuna inanırıq. Əfqanıstanda sülh və sabitliyin yalnız siyasi yolla təmin olunacağına inanırıq", - Psaki bildirib.
Milli.Az