Sevgili olma iddialarına cavab verdi

11 Avqust 2021 09:12

"Çukur" serialında tərəf müqabili olan Aras Bulut İynemli ilə Damla Sönməzin eşq yaşadığı iddia olunmuşdu.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun meneceri bu barədə məlumat yayımlayıb:

"Sənətçimiz yeni münasibətə başlaması barədə yazılan xəbərlər doğru deyil".

Qeyd edək ki, Aras ötən ay 6 illik sevgilisi Bige Önaldan ayrılıb.

Milli.Az