Daha 4 erməni hərbçinin meyitinin qalıqları tapıldı

10 Avqust 2021 19:45

Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, meyitlər Füzuli rayonu və Hadrut qəsəbəsində aşkarlanıb. 

Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1634-ə çatıb.

Milli.Az