Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü

10 Avqust 2021 15:26

Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov vəkili tərəfindən verilən apellyasiya şikayətini geri götürüb.

Milli.Az bildirir ki, bu barədə APA-ya deputatın vəkili məlumat verib.

Vəkil bildirib ki, Eldəniz Səlimov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilən həbs-qətimkan tədbiri qərarından apellyasiya şikayəti versə də, müdafiə etdiyi şəxs bu gün şikayəti geri götürdüyünü bildirib.

Milli.Az