Sumqayıtda dənizkənarı parkda asılmış vəziyyətdə kişi meyiti tapıldı

10 Avqust 2021 16:50

Sumqayıt şəhərində dənizkənarı parkda kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəsimi adına Mədəniyyət və İstirahət Parkında qeydə alınıb. Park ərazisində ağacdan asılı vəziyyətdə olan kişi meyiti aşkarlanıb. Hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında olan kişinin intihar etdiyi bildirilir. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az