Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

10 Avqust 2021 23:19

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Milli.Az