Şəmkirdə yol qəzasında 2 nəfər xəsarət alıb

10 Avqust 2021 21:26

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az