Gürcüstanda şok: son sutkada 6 minə yaxın yoluxma, 54 ölüm

10 Avqust 2021 11:05

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 697 yoluxma halı qeydə alınıb, 54 nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatına qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 455 846, ölənlərin sayı isə 6 182 nəfərə çatıb. Virusa yoluxanlardan 406 475 nəfərin sağaldığı bildirilir.

Milli.Az