Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var

10 Avqust 2021 11:56

Şəkidə baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şəki şəhəri, S. Rəhman küçəsində qeydə alınıb.

Elsəvər Lətifovun idarə etdiyi "KİA" markalı minik avtomobili ilə Vüqar Abdurəhmanovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza zamanı sürücülər xəsarət almasa da sərnişinlərdən Ağcabədi rayon sakini İlahə Bəşirova, Şəki rayon sakini Cəmilə Abdurəhmanova və Bakı şəhər sakini Zəhra Sultanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az