Xəzərdə batan gəncin meyiti tapılıb

10 Avqust 2021 21:02

Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən xəbərə görə, O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az