Aktrisanı formada qalmağa kömək edən vasitə

10 Avqust 2021 11:02

Sonuncu dəfə "Alev alev" serialında rol alan aktrisa Hazar Ergüçlü qüsursuz bədən formasının sirrini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  aktrisa hər gün yürüyüş etdiyini deyib:

"Gündəlik addım sayım var, onu tamamlayıram. Mütləq 400 kalori yandırmağa çalışıram. Hər səhər limonlu su, ardınca qəhvə içirəm. Evdə mütləq qaynadılmış tərəvəz olur. Daha çox özüm hazırladığım yeməkləri yeyirəm".

Milli.Az