Müğənni jurnalistləri ittiham etdi - "Xəstəyəm təəssüratını yaratmaq istəyirlər"

10 Avqust 2021 10:50

Kanadalı müğənni Castin Biber jurnalistlərə etirazını bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı saytlarda keçmiş fotolarının istifadə edilməsinin xoşuna gəlmədiyini deyib:

"Jurnalistlər özəlliklə pis şəkillərimi seçib insanlarda xəstəyəm təəssüratını yaratmaq istəyirlər. Halbuki, normal halda olduğum nə qədər şəkil var. Bunu etməyiniz doğru deyil".

Milli.Az