Britaniyada son bir gündə 25 mindən çox insan COVID-19-a yoluxub

9 Avqust 2021 23:55

Böyük Britaniyada son sutka ərzində 25 161 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 6 094 243 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 37 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 130 357 nəfərə çatıb.

Milli.Az