Bu çayı içənlər gec qocalır

10 Avqust 2021 20:40

Çobanyastığı çayı qadınlarda ölüm riskini azaldır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Texas Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri zamanı bu qənaətə gəlinib.

Araşdırmaçılar 5 fərqli əyalətdə yaşayan 1 677 amerikalı üzərində sınaqlar keçiriblər. Çobanyastığı çayının ölüm riskini 29 faiz azaltdığı təsbit edilib.

Qeyd edək ki, nəticələr yanlız qadınlar üçün keçərlidir.

Araşdırmanın nəticələri Gerontoloq jurnalında dərc edilib.

Milli.Az