Saatlıda hamilə qadın elektrik cərəyanı vurması nəticəsində ölüb

9 Avqust 2021 21:45

Saatlıda hamilə qadını elektrik cərəyanı vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Saatlı rayonunun Bəylik kəndində qeydə alınıb.

Bəylik kənd sakini, 1988-ci il təvəllüdlü Yolçuyeva Vüsalə Əli qızını elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az