Malidə 50-dən çox dinc sakin qətlə yetirildi

9 Avqust 2021 22:49

Malidə 51 dinc sakin radikal islamçılar tərəfindən qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident Malinin Niger ilə sərhəd olan 3 kəndində baş verib. 

Agentliyin məlumatına görə, kəndlərin üzərinə hücum avqustun 8-i axşam saatlarında eyni vaxtda həyata keçirilib. 

"AFP" agentliyinin məlumatına görə isə burada söhbət Karu, Uataquna və Dauteqeft kəndlərindən gedir. 

Qeyd edək ki, bu hücumun həyata keçirildiyi ərazidə "İslam Dövləti" terror təşkilatının tərkibinə daxil olan  "Böyük Saharada İslam Dövləti" və "Ansar ül-İslam" qruplaşmalarının yaraqlıları fəaliyyət göstərir.

Milli.Az