Vasif Talıbov Ramil Hacını nazir təyin etdi

9 Avqust 2021 16:21

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilib.

Milli.Az