Bu rayonun İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

9 Avqust 2021 14:26

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilir.

Milli.Az