İflas olub maşınını satışa çıxardı

9 Avqust 2021 16:43

Pandemiya dövründə işləyə bilmədiyi və maşınını satışa çıxardığı üçün maddi sıxıntı yaşayan Oryantal Didem indi gülümsəyir. 

Milli.Az sia-ya istinadən xəbər verir ki, əvvəlki axşam Cihangirdə bir bərbərin qarşısında saçlarını müalicə etdirərkən görünüb.

Didem "məkanların açılması ilə iş təklifləri bir-birinin ardınca gəldi. Oynadığım məkanların sayını unutmuşam. Çatdıra bilmirəm. Ümid edirəm virus bir daha yayılmayacaq" dedi.

Milli.Az