"Google" məxfi laboratoriyalar yaradır

14 Fevral 2012 19:41
İnternet nəhənginin mərkəzi ofisi muzey və eyni zamanda şirkətin mühüm müştəriləri ilə görüşlər keçirmək üçün konfrans-zal rolunu oynayacaq "Experience Center" hesabına da böyüyəcək.

Əlavə məkanlarıns ahəsi 11 min kvadrat metr təşkil edəcək.

Milli.Az "Mercury News"a istinadən bildirir ki, bu binalar "Googleplex" genişləndirilməsini nəzərdə tutan 180 milyon dollarlıq yeni layihənin tərkib hissəsidir.

"Project X" adlı laboratoriyalar kompleksi barədə heç bir açıqlama verilməyib. Çox yəqin ki, onlar perspektiv texnologiyalarla bağlı araşdırmaların aparıldığı "Google X" məxfi laboratoriyası üçün əlavə məkanlardır.

Milli.Az