Aktrisa Alina Boz yutub proqramlarından birində verdiyi açıqlamalarla diqqət çəkib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 13 yaşından aktrisalığa başladığını bildirən Alina film setlərində böyüdüyünü qeyd edib:
"13 yaşımdan bəri seriallara çəkilirəm. "Paramparça" serialının son şam yeməyində 5 saat boyunca ağladım. 15 yaşımdan 18-ə qədər o serialda rol aldım. Hamıdan çox çəkiliş heyətini görürdüm".
Aktrisa eyni zamanda unutqan olduğunu vurğulayıb:
"Bir az balıq hafizəliyəm. İnsanların adlarını unuduram. Oxuduqlarım ağlımda qalmır".
Qeyd edək ki, A.Boz sonucu dəfə "Maraşlı" serialında və "Babamın öldüyü gün" qısametrajlı filmində rol alıb.
Milli.Az