"Neftçi"nin məşhur futbolçusu klubdan ayrılır

9 Avqust 2021 11:28

"Neftçi"nin futbolçusu Namik Ələskərovun Türkiyəyə yollanacağı tarix müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Azərbaycan millisinin üzvü bu gün Bursaya gedəcək.

26 yaşlı qolçunun "Bursaspor" rəhbərliyi ilə son dəfə masa arxasına əyləşməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir. TFF I liqa klubunun vitse-prezidenti Emin Adanur transferin 99 faiz həll olunduğunu bildirib. Klublar arasında danışıqların da tezliklə yekunlaşacağı vurğulanıb.

Qeyd edək ki, Namik Ələskərovun "Neftçi" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Milli.Az