Azərbaycan neftinin orta qiyməti ötən həftə 72 dollardan yuxarı olub

9 Avqust 2021 10:52

Ötən həftə ərzində (2-6 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 72,11 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,73 dollar və ya 3,65% azdır.

Milli.Az bildirir ki, həftə ərzində ən yüksək göstərici ( I gün) - 73,48 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 70,92 dollar səviyyəsində olub.

Milli.Az