"Kurtlar vadisi" serialında Pusat Çakır obrazı ilə məşhurlaşan aktyor Görkem Sevindikin gizlicə evləndiyi üzə çıxıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, aktyor ötən il basketbolçu sevgilisi Kübra Siyahdəmirlə səssiz-sədasız nikah masasına oturub.
Cütlüyün bu yaxında övladı dünyaya gələcək.
Milli.Az