“Brent” neftinin qiyməti 70 dollardan aşağı enib

9 Avqust 2021 09:52

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,84% azalaraq,1 barelə görə 69,4 dollar təşkil edib.

Milli.Az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,96% azalaraq 66,94 dollar təşkil edib.

Milli.Az