Aygün Kazımova sosial şəbəkələri bir-birinə vurdu: "Dənizin ortasında" - VİDEO

9 Avqust 2021 12:16

Xalq artisti Aygün Kazımova "Dənizin ortasında" adlı yeni mahnısını sevənlərinə təqdim edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mahnının musiqisi Pərviz Mahmudov, sözləri Nadoya, aranjimanı isə Rəşad Bağırova məxsusdur.

İfaçının yay ab-havalı ifası sosial şəbəkələrdə böyük maraqla qarşılanıb, izləyicilər mahnıya çox saylı videolar çəkərək paylaşıblar.

Kazımova bildirib ki, yay olsa da yeni mahnılar üzərində çalışmağa davam edir.

Milli.Az