Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir - XİN

8 Avqust 2021 16:55

Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Milli.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında deyilir.

Bildirilir ki, Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan bəhrələnir.

Milli.Az