Füzuli aeroportunda son tamamlanma işləri - FOTO

7 Avqust 2021 21:21

Füzuli Beynəlxalq Hava Limanında son tamamlanma işləri aparılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb.

Fotolardan göründüyü kimi, artıq aeroportda əsas binalar hazırdır və asfaltın vurulma prosesi gedir.

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib ki, sentyabr ayında uçuş-enmə zolağı, perron və sükan yolu 100 % tamamlanacaq və hava limanı ilk təyyarəni qəbul edəcək: "İlkin uçuş sentyabrın 5-də həyata keçiriləcək".

Milli.Az