Messi üçün vida mərasimi keçiriləcək

7 Avqust 2021 20:44

"Barselona"dan ayrıldığı rəsmən açıqlanan Lionel Messi üçün sabah vida mərasimi təşkil olunacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tədbir "Nou Kamp" stadionunda keçiriləcək. Mərasimin Bakı vaxtı ilə saat 14:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, Messi 17 il "Barselona"da çıxış edib. 34 yaşlı hücumçu bu müddət ərzində 778 matçda 672 qol vurub və 35 titul qazanıb.

Milli.Az