Vaksinasiya Almaniyada 38 min ölümün qarşısını aldı

7 Avqust 2021 18:39

Almaniyada koronavirusa qarşı vaksinasiya kampaniyası 38 min ölüm halının qarşısını alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox İnstitutunun hesbatında deyilir.

Qeyd olunur ki, vaksinasiyanın davam etdiyi 7 aya yaxın müddət ərzində 700 min yoluxmanın da qarşısı alınıb.

Bugünədək Almaniyada 3,7 milyon yoluxma qeydə alınıb, 91 min nəfər vəfat edib.

Ölkədə əhalinin 53 faizi koronavirusa qarşı tam vaksinlənib.

Milli.Az