Ermənistanda daha 298 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb

7 Avqust 2021 15:08

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 298 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 231 923-ə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 641 nəfərə çatıb.

Son sutka ərzində ölkədə koronavirusa yoluxan və digər səbəblərdən ölən isə olmayıb. Ermənistanda indiyədək koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1124 nəfərdir.

Milli.Az